EN

ABŞ LGBT bayraqlarının nümayişini qadağan etdi

ABŞ Dövlət Departamenti ölkə daxilində və xaricdəki missiyalara ABŞ milli bayrağından başqa hər hansı bayraq nümayiş etdirməyi qadağan edib. 

Azreform.info xəbər verir ki, bu barədə müvafiq memorandumun surətini əldə edən mühafizəkar "Washington Free Beacon" portalı məlumat yayıb.

“Bu gündən etibarən həm ölkə daxilində, həm də xaricdəki Amerika qurumlarında yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı dalğalana və ya nümayiş etdirilə və ABŞ hökumətinin materiallarında istifadə oluna bilər”, - portal sənəddən çıxarışa istinad edək yazıb. 

Sərəncamı pozan hər hansı Dövlət Departamentinin əməkdaşının iş münasibətlərinə xitam və müqaviləyə xitam verilməsi daxil olmaqla intizam tənbehi veriləcəyi aydınlaşdırılır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonra bir sıra sənədlərlə yanaşı, o cümlədən ABŞ-də yalnız iki cinsin - kişi və qadının tanınması barədə fərman da imzalayıb.

Mürtəza
Azreform.info

Chosen
5
2
azreform.info

3Sources