EN

Nobel laureatı Əziz Sancara "Türk Dünyasının Mədəniyyət Səfiri" fəxri adı verilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Şimali Karolina ştatının paytaxtı Roli şəhərində, Nobelmükafatı laureatı, türkiyəli və amerikalı alim, professor, akademik, doktor Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” fəxriadının təqdimat mərasimi keçirilib.

Trend“TÜRKSOY”a istinadən xəbər verir ki, fəxri ad TÜRKSOY Daimişurasının Şuşada keçirilən 40-cı iclasında qəbul olunmuş qəraraəsasən təqdim olunub.

19 yanvar 2025-ci ildə Sancarr Əziz və Qven Sancər FondununŞimali Karolinadakı Mədəniyyət Mərkəzində baş tutan təqdimatda başkatib Sultan Rayev bildirib ki, “Türk Dünyasının Mədəniyyət Səfiri”fəxri adı TÜRKSOY daimi şurasının nazirlərinin yekdil qərarıəsasında təqdim olunub.

Nitqlə çıxış edən baş katib Sultan Rayev professor Əziz SancarınTürk dünyasının fəxri və ilham mənbəyi olduğunu vurğulayıb:

"Cənab Əziz Sancar, siz yalnız alim deyil, həm də türkdünyasının ümumi şüurunu, elmi dühasını əks etdirən dəyərli birşəxsiyyətsiniz. Sizin bütün bəşəriyyətə Nobel mükafatı qazandırantədqiqatlarınız təkcə elmi uğurları deyil, həm də türkmədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlıq və zəhmətkeşliknümunəsidir. Sizin köklərinizə bağlılığınız və dünya səviyyəsindəəldə etdiyiniz nailiyyətlər bizim hamımız üçün motivasiyamənbəyidir. Bu fəxri ad sizə sadəcə təşəkkür deyil, o bütün Türkdünyası adından edilmiş təşəkkürdür. TÜRKSOY ölkələri adından sizəbu adı təqdim etməkdən böyük şərəf duyuruq".

Professor Əziz Sansar “Türk Dünyasının Mədəniyyət Səfiri” adınınhəyatında qəbul etdiyi ən böyük mükafatı olduğunu vurğulayıb. O, buadın onun üçün Nobel mükafatından da dəyərli olduğunu diqqətəçatdırıb:

"Bu mükafat mənim üçün istənilən başqa mükafatdan dahadəyərlidir. Mən bunu arzulayırdım. TÜRKSOY çox dəyərli birtəşkilatdır və mən, onun bizi bütün dünyada təmsil edəcəyinə ümidedirəm".

Öz nitqində Əziz Sancar Türk dünyasının birləşmək planında tarixboyunca çətinliklərlə üzləşməsindən söz açıb:

"Tarixdə türk tayfaları uzun müddət bir-birindən ayrı qalıb.Lakin bu gün birlikdən danışa biliriksə, bu, türk şüuru olan dövlətbaşçılarımızın və TÜRKSOY kimi təşkilatların böyük töhfəsisayəsindədir".

Professor Əziz Sancar uşaqlıqdan türkçülük ruhunda böyüdüyünüvurğulayıb:

"Mən hələ səkkiz yaşında olanda anladım ki, Türkəm. Mən Türkdünyasının birliyini və türkçülük prinsiplərini anlamaqlaböyümüşəm".

Türkmənistandan başqa bütün müstəqil türk dövlətlərində olduğunudeyən professor, hal-hazırda Türk dünyasında türkçülüyü dərketməninvə qonaqpərvərliyin çox güclü olduğuna diqqət çəkib.

"Mən uğurlu aliməm, amma uğurlu alimlərin sayı həddən ziyadəçoxdur. Bacı və qardaşlarım hər səfərində məni doğmaları kimi qəbuledirdilər. Mən əcdadlarımızın torpaqlarında türk birliyini hissetdim və Türk dünyasında dərk edilmiş türkçülüyün şahidi oldum. Buməni sonsuz dərəcədə sevindirdi", - o bildirib.

Tədbirin sonunda baş katib Sultan Rayev professor Əziz SancaraTürk dünyasının birliyini və zəngin mədəniyyətini əks etdirənqiymətli hədiyyələr təqdim edib. Hədiyyələr arasında Qazaxıstandankaftan, Qırğızıstandan kalpak, Özbəkistandan milli kəmər,Türkiyədən canavar başı olan əsa, Azərbaycandan Qarabağ zəfərininrəmzi sayılan – Xarı-Bülbül təsvirli döş nişanı və TürkmənistandanMəhtimqulu Fəraqinin xüsusi nəşri yer alıb. Verilən hədiyyələrəgörə təşəkkür edən Əziz Sancar bildirib:

“Bu hədiyyələr – Türk dünyasında birliyin və həmrəyliyinrəmzidir”.

Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Nobel
Chosen
21
32
az.trend.az

10Sources