EN

"Sabah" kapitanla yolları ayırdı - Rəsmi

“Sabah” komandası futbolçusu Elvin Camalovla yolları ayırıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanla müqaviləyə xitam verib. Futbolçunun ayrılmaqla bağlı müraciətinə rəhbərlik müsbət qarşılıq verib və onunla yolların ayrılmasına şərait yaradılıb.

30 yaşlı yarımmüdafiəçi bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb. Futbolçunun "Neftçi"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Elvin Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan orta sahə oyunçusu orada ümumilikdə 113 oyun keçirib.


Müəllif: Röyanə Oğuz
Chosen
13
10
teleqraf.com

10Sources