EN

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

Yazını böyüt
Yazını kiçilt

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar 54 saylı Mingəçevir seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir.

Dairə Seçki Komissiyasından hafta.az-a verilən məlumata görə, 19, 21, 22, 23 yanvar tarixlərini əhatə etməklə gün ərzində iki dəfə keçirilən təlimlərdə, ümumilikdə, 230 nəfərin iştirakı nəzərdə tutulub. Treninqlər məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında keçirilir. İştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır. Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 40 seçki məntəqəsi var. Seçki dairəsi üzrə ümumilikdə 50 min 269 nəfər seçici qeydə alınıb. Dairənin ərazisində 1 bələdiyyə üzrə qeydə alınan namizədlərin sayı isə 44 nəfərdir.

Chosen
10
12
hafta.az

10Sources