EN

Türkiyədəki yanğınla bağlı iki məmur həbs edilib

Türkiyədəki yanğınla bağlı iki məmur həbs edilib

Türkiyənin Kartalkaya xizək kurortunun yaxınlığındakı Bolu bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə idarəsinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən otel yanğınından sonra saxlanılıb. AFN.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.Telekanalın məlumatına görə, həbs yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl "Gran Kartal" otelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.

Chosen
25
8
afn.az

10Sources