EN

Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb

Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınına görə saxlanılıb.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl “Gran Kartal” hotelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.

Chosen
7
12
korrespondent.az

10Sources