EN

BMT: ABŞ-ın ÜST-dən çıxması ilə bağlı heç bir sənəd almamışıq

Bakı, 23 yanvar, AZƏRTAC

BMT Katibliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasından ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə rəsmi məktub hələ də almayıb.

AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin sözçünün müavini Fərhan Haq deyib.

“Biz ABŞ-ın ÜST-dən çıxması ilə bağlı məlumatdan xəbərdarıq, lakin hələlik heç bir sənəd almamışıq", - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 21-də Tramp ABŞ-ın ÜST-dən çıxması haqqında sərəncam imzalayıb.

Chosen
9
24
azertag.az

10Sources