EN

Tramp: "Bütün pullar Baydenə gedirdi..." - Keçmiş prezidentin məsələsinə Konqresdə baxılacaq

ABŞ-nin yeni prezidenti Donald Tramp müsahibəsində bildirib ki, sələfi Co Baydenlə bağlı araşdırma aparmağın məqsədəuyğun olub-olmadığına Konqres qərar verəcək.

Teleqraf.com xəbər verir ki, Tramp jurnalistin sualının cavabında belə deyib.

ABş prezidenti "Fox News" telekanalına açıqlamasında bildirib: "Bu məsələni Konqresin ixtiyarına buraxaq". Tramp əlavə edib: "Bayden hamını əfv elədi, amma özünü əfv edə bilmədi".

Tramp onu da deyib ki, "bütün pullar Baydenə gedirdi". Lakin prezident söhbətin hansı pullardan getdiyini söyləməyib.


Müəllif: Teleqraf.com
Chosen
10
9
teleqraf.com

10Sources