EN

"Avropa ABŞ-ın Ukraynaya silah tədarükünü pulunu ödəsin" - ABŞ rəsmisi

ABŞ prezidenti Co Bayden administrasiyasının keçmiş yüksək vəzifəli məmuru təklif edib ki, Avropa Ukraynaya Amerika silahlarının tədarükü üçün pul ödəməlidir.

Herbiand.az xəbər verir ki, bu barədə “Breaking Defence” portalı məlumat yayıb.

Portalın əldə etdiyi məlumata görə, səlahiyyətli məmur ötən həftə ABŞ-ın hazırkı prezidenti Donald Trampın komandasında da amerikalı vergi ödəyicilərini bu yükdən azad etmək şərti ilə Ukraynaya hərbi dəstəyin davam etdirilməsini dəstəkləyən şəxslərin olduğunu bildirib.

Sitat: "Avropalıların pulu var, amma silahları yoxdur. Problem ondadır ki, onlar öz ehtiyatlarını tükəndiriblər və müvafiq istehsal gücünə malik deyillər”.

Bundan əvvəl Tramp Amerika silahlarının Ukraynaya tədarükünün tamamilə dayandırılması ehtimalını istisna etməyib. O, öz mövqeyini açıqlayıb ki, Avropa ölkələri Kiyevi dəstəkləmək üçün xərcləri əhəmiyyətli dərəcədə artırmalıdır.

Chosen
11
50
herbiand.az

10Sources