EN

Ötən il banklar 8,4 milyard manat istehlak krediti verib - RENKİNQ

Ötən ilin sonuna Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfelinin həcmi 8 milyard 445 milyon 632 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, istehlak kredit portfelinin həcminə görə lider mövqedə "Kapital Bank" dayanıb. Bank tərəfindən verilən istehlak kreditlərinin ümumi həcmi 2 milyard 939 milyon 440 min manat olub.

İkinci yerdə 1 milyard 798 milyon 708 min manat kredit portfeli ilə "Azərbaycan Beynəlxalq Bankı", üçüncü yerdə isə 618 milyon 527 min manatlıq kreditlə "Unibank" qərarlaşıb.

Siyahının sonuncu pilləsində isə 2 milyon 780 min manatlıq kredit portfeli ilə "Bank Melli İran"ın Bakı filialı yer alıb.

Ötən ilin sonuna dair istehlak kredit portfelinin həcmi ilə bağlı daha ətraflı məlumat üçün aşağıdakı cədvələ baxa bilərsiniz:

Banklar

İstehlak kreditləri (Min manat)

Kapital Bank

2 939 440

ABB

1 798 708

Unibank

618 527

Bank of Baku

579 277

Xalq Bank

328 274

Bank Respublika

312 266

Azər-Türk Bank

295 434

Rabitabank

293 398

Yelo Bank

263 577

AccessBank

239 142

Expressbank

222 986

Turanbank

156 305

Bank VTB Azərbaycan

99 465

Paşa Bank

90 444

Yapı Kredi Bank Azərbaycan

81 885

Premium Bank

40 673

Bank BTB

33 291

AFB Bank

21 762

Bank Avrasiya

14 507

Azərbaycan Sənaye Bankı

7 303

Ziraat Bank Azərbaycan

5 388

Bank Melli İran Bakı Filialı

2 780

Əvəz Həsənov

Chosen
25
26
valyuta.az

10Sources