EN

Türkiyədəki yanğınla bağlı DƏHŞƏTƏ GƏTİRƏN DETAL - Cəmi 1 ay əvvəl...

Türkiyənin Bolu şəhərində Grand Kartal Hotelindəki yanğından sonra gündəmə gələn iki xəbər geniş müzakirə olunur.

Musavat.com "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, Bolu Bələdiyyəsi tərəfindən Grand Kartal Hoteldə açılacaq 70 kvadratmetrlik kafe restoranı üçün edilən müraciət əsasında hazırlanan 2 yanvar 2025-ci il tarixli sənəddə "Binaların yanğından mühafizə qaydasına uyğun olaraq uyğundur" ifadəsi yer alıb.

"Mudurnu Enerji Sanayi ve Ticaret AŞ"nin 24 dekabr 2024-cü il tarixli müraciətinə cavab olaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsi tərəfindən hazırlanan “Yanğından qorunma və mühafizə” adlı sənəddə müəssisədə 6 kiloqramlıq quru kimyəvi tozlu yanğınsöndürən, sızma cərəyanı relesi və qəza işıqlandırmasının olduğu, LPG tipli yanar və partlayıcı materialların iş yerində saxlanılmaması lazım olduğu bildirilib. Sənəddə deyilir ki, “Həmçinin yanğına səbəb ola biləcək materiallardan və istilik mənbələrindən istifadə zamanı ehtiyatlı olmaq lazımdır”.

Diqqət çəkən digər detal ondan ibarətdir ki, 12 dekabr 2024-cü ildə Grand Kartal Hotelin Bolu Bələdiyyəsindən yanğınla bağlı yoxlama tələb edib, lakin çatışmazlıqlar səbəbindən tələbini geri götürüb.

Belə ki, Grand Kartal Hotel rəsmiləri 12 dekabr 2024-cü ildə Bolu Bələdiyyəsinə müraciət edərək yanğın yoxlamasından keçmək istədiklərini bildiriblər. Kadir Özdemirin imzası ilə hotel adından yazılan ərizə qəbul edilib və yoxlama işlərinə başlanıb. 16 dekabr 2024-cü ildə hotel üçün yoxlama hesabatı hazırlanıb. Yanğınsöndürmə təftiş qrupu tərəfindən hazırlanan hesabatda yanğın xəbərdarlığı, elektrik qurğusunun uyğunluğu, söndürmə avadanlığı təlimatları, işıqlı istiqamət nişanları, tüstü nəzarəti kimi ümumilikdə 8 sahədə çatışmazlıqlar təyin olunub və iş yeri səlahiyyətlisi Kamal Özer hesabatı imzalayıb.

Bildirilib ki, 24 dekabr 2024-cü ildə Kadir Özdemir Grand Kartal Hotel adından yeni ərizə təqdim edib və dekabrın 12-də yoxlama tələbini ləğv edib.


Telegram kanalımız
Chosen
6
1
yenisabah.az

2Sources