EN

Göz səyriməsini ciddiyə alın – Görün, nələrə səbəb oldu?

Göz səyirməsi tez-tez stress əlaməti olaraq görülür. Ancaq xroniki hala gəldikdə, bu vəziyyət ölümcül xəstəliklərin əlaməti də ola bilər.

News24.az  xəbər verir ki, Şotlandiyada yaşayan Mari adlı qadın uzun müddət gözünün səyirməsi narahat edəndə xəstəxanaya müraciət edib. Analizlər aparıldıqdan sonra qadında nadir hallarda rast gəlinən beyin şişi olduğu məlum olub.

İlk övladına hamilə olan Mari 2020-ci ildə ağrılı qulaq infeksiyası keçirdiyini düşünüb. Övladı dünyaya gəldikdən sonra ağrılarının azaldığını hiss edib. Bu simptoma məhəl qoymayıb. 2023-cü ildə ikinci dəfə hamilə qalan Mari bu dəfə şiddətli baş ağrıları üzləşib və gözləri səyirməyə başlayıb.

Bu əlamətlərin stressdən qaynaqlandığını düşünən Mari dodaq nahiyəsində uyuşma hiss edərək xəstəxanaya gedib. MRT müayinəsindən sonra o, beyni qulağa bağlayan sinirdə böyüyən akustik neyroma adlı beyin şişinin olduğunu öyrənib.

Həkimlər diametri 3,1 sm olan şişin təxminən 5 ildir onun başında tədricən və son 6 ayda sürətlə böyüdüyünü bildiriblər.

Akustik neyromalar, həmçinin vestibulyar şvannomalar adlanır, hər il yalnız 1200-ə yaxın insanda qeydə alınan nadir bir beyin şişi növüdür. Digər orqanlara yayılmadığı üçün xoşxassəli olaraq bilinən bu xəstəlik yarandığı yerdə qalıcı zədələr buraxır. Bu şişlər müəyyən diametrə çatdıqda beynin digər hissələrini zədələməyə başlayırlar.

Mari təcili əməliyyata götürülüb və 10 saatlıq əməliyyatdan sonra o, qismən iflic olub.

Aynurə

Chosen
8
31
news24.az

10Sources