EN

Özünü binadan atmadan əvvəl atasını görüntülü yığdı – Yanğından dəhşətli məqamlar -VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyədə 12 mərtəbəli Grand Kartal Oteldə baş verən yanğında 79 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.

Hurriyyet.az xəbər verir ki, faciə ilə bağlı 9 nəfər saxlanılsa da, həyatını itirənlərlə bağlı ürək ağrıdan detallar ortaya çıxıb. Yanğın zamanı alovların arasında qalan Zəhra Sena Gültekin anasına zəng edərək son dəfə halallıq istəyib.

Yanğından xəbərsiz yatan Karataşlı ailəsi böyük bir təlaşla oteli tərk edə bilib. Lakin ailənin 17 yaşlı qızı Özüm Karataşlı, təlaşla başqa istiqamətə qaçdığı üçün otelin içində itib. Qızlarını axtaran ailə saatlar sonra ürək dağlayan xəbəri alıb. Qızı Dilara Ermanoğlunun ölüm xəbərini alaraq Boluya gedən ata Fərman Ermanoğlu isə yaşadığı böyük kədərin təsiri ilə xəstəxana qarşısında infarkt keçirdi. Oteldə ofisiant kimi çalışan Şəvval Şahinin yanğın zamanı atasını - Erdal Şahini videobağlantı ilə axtardığı və aşağı tullanmaq qərarını onunla danışarkən verdiyi məlum olub.

 

Lent.az

Chosen
6
1
hurriyyet.az

2Sources