EN

“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA” - KİTABDAN 23-CÜ HİSSƏ

SAVAŞIN HƏRB MƏRHƏLƏSİ BİTDİ. DİPLOMATİK SAVAŞ İSƏ DAVAM EDİR

Ermənistanın başına keçdikdən sonra iki il dalbadal may ayının 8-də başının dəstəsi ilə Şuşaya gələrək yeyib-içdikdən sonra yallı gedən Nikol Paşinyan 2020-ci ilin noyabr ayının 10-da heç bir şərt qoymadan kapitulyasiya aktını imzaladı. Şuşada getdiyi yallı dizüstə dayanmaqla nəticələndi.
Ermənistanın baş naziri diz çöksə də, Dağlıq Qarabağ ərazisində separatçı qüvvələr qalmaqda davam edirdi. Ermənistan o separatçı qüvvələri silahlandıraraq Azərbaycana qarşı məkrli plan hazırlayırdı. Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan sazişə sadiq qalmaq əvəzinə Dağlıq Qarabağdakı separatçıları silah-sursatla təmin edən Yerevanın 8 Noyabrdan nəticə çıxarmadığı ortada idi. Azərbaycanın dəfələrlə etdiyi çağırışlara baxmayaraq Dağlıq Qarabağdakı xunta Ermənistandan göndərilmiş silahlarla Azərbaycanın yaşayış məntəqələrində gərginlik yaradır, mülki əhaliyə atəş açır, infrastrukturlara zərər vururdu. Ermə¬nistanın hərbi-siyasi rəhbərliyi Azərbayca¬na qarşı öz iddialarından əl çəkmədiyi kimi, qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi də Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya edilməsi təkliflərini qəbul etmək istəmirdi. Üçtərəfli sazişə sadiqliyini nümayiş etdirən Azərbaycan üç ilə yaxın ermənilərin bu “şıltaqlığına” dözüm nümayiş etdirdi. Qarabağ iqtisadi rayonunda törə-dilən təxribatların qarşısını almaq üçün, separatçıların tərksilah edilərək Azərbay¬can ərazilərindən çıxarılması lazım gəlirdi. Qarabağda bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükə-sizliyinin təmin olunması və nəhayət, Azərbaycan Res-publikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə gətirib çıxardı. 2023-cüil sentyabrın 18-də ermənilərin yol üzərin¬də yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşının həlak olmasından sonra Azərbaycanın səbri daşdı və 2023-cü ilin Sentyabr ayının 19-da saat 13:00 radələrində separatçıların istehkam qurduğu məkanlarda antiterror əməliyyatına start verdi. Təxminən 24 saat davam edən antiterror əməliyyatı separatçı qüvvələrin ağ bayraq qaldırması ilə sonuclandı. Azərbayca-nın işğal edilmiş ərazilərində yara¬dılmış olan xunta rejiminin rəhbərliyi Azər¬baycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi...

P.S. Yazını tam olaraq "Təşəbbüs" Vətəndaş Platformasının FB səhifəsində və "Paralel" qəzetinin saytında oxumaq olar

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources