EN

"Mançester Siti"nin qələbəsizlik seriyası 4-ə çatdı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Fransada PSJ-yə 2:4 hesabı ilə məğlub olan İngiltərənin "Mançester Siti" klubu turnirdəki qələbəsiz seriyasını 4 oyuna çatdırıb.

Teleqraf.com xəbər verir ki, “şəhərlilər” 2014-cü ildən bəri ilk dəfə Çempionlar Liqasında ardıcıl dörd oyunda qalib gələ bilməyib.

Bu oyun həmçinin komandanın baş məşqçi Pep Qvardiolanın rəhbərliyi etdiyi dövrdə topa sahiblik faizində ikinci ən pis oyunu olub. Mançester təmsilçisi Fransa komandası ilə matçda topa cəmi 36,9% sahib olub.

"Mançester Siti"nin Qvardiolanın rəhbərliyi altında ən pis topa sahib olma faizi 2016-cı ilin noyabrında Çempionlar Liqasının IV turunda “Barselona”ya qarşı oyunda olub - 34,7%.

Qeyd edək ki, “Mançester Siti” turnirin Liqa mərhələsinin son turunda Belçika “Brügge”si ilə qarşılaşacaq.


Müəllif: Royal Həsənov
Chosen
2
10
teleqraf.com

10Sources