EN

Luis Enrike “Mançester Siti” üzərində möhtəşəm qələbəni şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Mançester Siti” ilə ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, Fransa nəhəngi oyunun gedişində 0:2 hesabı ilə geri olsa da, geri-dönüş edərək yekunda “şəhərlilər” üzərində 4:2 hesablı möhtəşəm qələbə qazanıb.

“Mən, çox gərgin və çətin keçmiş bu oyunu necə çevirə bildiyimizi bilmirəm. Biz ikinci hissəyə çox zəif başladıq, amma bu komanda özünə inanır, oyunçular heç vaxt təslim olmurlar, azarkeşlər isə heyrətamiz idilər!”, – “Media Parisien” dərgisi ispan mütəxəssisdən sitat gətirir.

Luis Enrike oyunda dönüş nöqtəsi olmuş açar məqamla bağlı fikrini də ifadə edib:

“Belə yüksək nəbzlə keçmiş birinci hissədən sonra, mən düşündüm ki, biz bunun öhdəsindən gələcəyik, sözlərim isə bunun icrası üçün daha cəsarətli olmalı idi. Mən futbolçularımın açılışmasını istəyirdim. Və biz bu iki qolu buraxdıq. Ancaq komanda inanmağa, ruhunu qorumağa və təpkiyə davam etdi. Barkolanın (Bradli Barkola, PSJ-nin fransalı cinah hücumçusu – redaktorun qeydi) fəaliyyəti ilə başlamış ilk qol əsas məqam oldu, oyunda yeni axını açdı. Həmin andan biz “Mançester Siti”dən qat-qat güclü idik”, deyə ispan mütəxəssis məmnunluqla bildirib.

7 oyunda 10 xal toplamış PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 22-cı pillədə qərarlaşıb.

“Mançester Siti” isə 8 xalla 25-ci pillədədir. “Şəhərlilər”i UEFA Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə verən sonuncu –24-cü pillədən 2 xal ayırır. “Mançester Siti”nin Çempionlar Liqası ilə vidalaşa biləcəyi ehtimalı hələ də qalır.

Chosen
3
10
arena.az

10Sources