EN

Ermənistan  KTMT-dən çıxmayıb- Peskov

Ermənistan indiyədək KTMT-dən çıxmaq niyyətini açıqlamayıb. Busaat.az xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalist Peskovdan Moskvanın Ermənistanın KTMT – dəki fəaliyyətinin bərpasına ümid edib – etmədiyini və Rusiya lazım olan qədər bunu gözləməyə hazır olub – olmadığını soruşub .​​

“KTMT öz effektivliyini və aktuallığını sübut etmiş müstəqil, yetkin təşkilatdır. Orada işlər davam edir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini açıqlamayıb”, – deyə Peskov cavab verib.

Chosen
7
7
busaat.az

10Sources