PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda "Mançester Siti" üzərində geri dönüş qələbəsini şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu bu barədə klubun mətbuat xidmətinə bölüşüb.
“Komandamız xarakter nümayiş etdirdi. Hesab 0:2 olandan sonra belə rəqibə qalib gəlmək çox çətindir. Sözlə ifadə edilə bilməyən inanılmaz hisslər keçirirəm. Azarkeşlər bizə çox kömək etdilər.Onların dəstəyi inanılmaz idi"
Matçda 0:2 geridə qalan parislilər 4:2 hesabı ilə qalib gəlib.Çempionlar Liqasının final mərhələsi öncəsi Paris komandası on xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.