EN

Türkiyədə tikinti işləri ilə əlaqəli tender elan olunub

Bakı, TurkicWorld

İşgüzar biznes platforması olan LinkedIn Premium xidmətindən istifadə edən bəzi şəxslər, Microsoft-a məxsus platformanı, şəxsi məlumatlarını süni intellekt modellərini öyrətmək üçün istifadə etməkdə və üçüncü tərəflərə icazəsiz açıqlamaqda ittiham edərək məhkəməyə müraciət ediblər.

TurkicWorld xəbər verir ki, iddia, istifadəçilərin razılığı olmadan şəxsi mesajların bu məqsədlə istifadə edilməsini əsas gətirir.

Kaliforniyanın San Xose şəhərində federal məhkəmədə qaldırılan iddiada LinkedIn-in şəxsi mesajları və məlumatları süni intellekt modellərini öyrətmək üçün icazəsiz istifadə etdiyi məlum olub.

İddiaçıların fikrincə, LinkedIn bu məlumatların yalnız platformanın inkişafı və dəstəklənməsi məqsədilə istifadə ediləcəyini vəd edib, lakin bunun əksini edərək istifadəçilərin məxfiliyini pozub.

Məhkəmə iddiasında LinkedIn-in müqavilənin pozulması, Kaliforniyanın Haqsız Rəqabət Aktının pozulması, həmçinin Federal Məlumatların Saxlanması Aktına zidd fəaliyyət göstərdiyi iddia edilir. İddiaçılar qeyri-müəyyən maliyyə təzminatı ilə yanaşı, şəxsi məlumatların süni intellekt təlimində istifadəsinə görə hər bir pozuntu üçün 1000 dollar tələb edir.

LinkedIn rəsmiləri isə bu ittihamları rədd edərək, iddiaları "əsassız və yalan" adlandırıb. İddiaçılar və onların hüquqşünasları isə məsələ ilə bağlı əlavə şərh verməkdən imtina ediblər.

Chosen
6
24
turkic.world

10Sources