EN

Fransadakı böhran dünyanın ən böyük muzeyinin gələcəyini təhlükə altına alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Parisdə yerləşən və dünyanın ən böyük, ən çox ziyarət edilən muzeyi olan Luvr böhranlı vəziyyətdədir. Müəssisənin binası ciddi şəkildə köhnəlib və genişmiqyaslı bərpaya ehtiyacı var.
Oxu.Az-ın "Le Parisien" nəşrinə istinadla məlumatına görə, bu barədə mədəniyyət müəssisəsinin direktoru Lorans De Kar Fransa Mədəniyyət Nazirliyinə ünvanlandığı məxfi məktubda bildirib.
De Karın sözlərinə görə, binanın aşınma səviyyəsi ciddi narahatlıq doğurur.
"Temperatur dəyişiklikləri və suyun sızması isə təkcə muzeyin özünə deyil, həm də burada saxlanılan qiymətli sənət əsərlərinə zərər verir", - deyə o vurğulayıb.
Qeyd olunub ki, milyonlarla ziyarətçini qarşılayan muzeyin məşhur şüşə piramidası da problemlər yaradır.
"İsti günlərdə onun daxilindəki temperatur dözülməz olur", - deyə muzey direktoru qeyd edib.
Müəssisə rəhbərinin sözlərinə görə, Luvr həddindən artıq ziyarətçi axınından da əziyyət çəkir. Əvvəllər muzey ildə 4 milyon qonaq üçün nəzərdə tutulmuşdu, lakin indi onların sayı 8.7 milyona çatıb.
İstirahət yerləri də artıq beynəlxalq sanitariya normalarına cavab vermir.
"Luvrun qarşısındakı ərazi modernləşdirilməyə və şəhər nəqliyyatı ilə daha yaxşı əlaqəyə ehtiyac duyur", - deyə o əlavə edib.
Lakin nəşrin məlumatına görə, Luvr üçün bu qədər zəruri olan bərpa işləri Fransada davam edən büdcə böhranı səbəbindən təxirə salına bilər.
Chosen
5
50
oxu.az

10Sources