EN

“Ermənistan KTMT-dən çıxmaq niyyətini açıqlamayıb” - Peskov

“Ermənistan hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətini açıqlamayıb”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"KTMT öz effektivliyini və aktuallığını sübut etmiş müstəqil, yetkin təşkilatdır. Orada iş davam edir. Hələlik Ermənistan bu təşkilatdan çıxmaq niyyətini açıqlamayıb", - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
10
7
missiya.az

10Sources