Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyunda "Azərreyl" ilə "Murov Az Terminal" arasında baş tutub.
Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə bitib.
Ötən gün MOİK "Gənclər"ə 3:2 hesabı ilə qalib gəlib. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 29-30 yanvar tarixində keçiriləcək.