RU

Yüksək Liqa: Kişi voleybolçular arasında çempionatın VII turuna yekun vuruldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyunda "Azərreyl" ilə "Murov Az Terminal" arasında baş tutub.

Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Ötən gün MOİK "Gənclər"ə 3:2 hesabı ilə qalib gəlib. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 29-30 yanvar tarixində keçiriləcək.

Избранный
10
fanat.az

1Источники