EN

Prezident İlham Əliyev “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb

Bakı. Trend:

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklikedilib.

Trend xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Siyahının IV hissəsinin 17-ci bəndinin “Dövlətsirrinə aid edilən məlumatlar” sütunu aşağıdakı redaksiyadaverilir:

“17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah,hərbi texnika və digər hərbi məhsulların buraxılmasını vəgöndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini,onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar.Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digərhərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalınındislokasiyası), ixracı, satışı, habelə onların istehsalının,ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin(istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələrivə onların maliyyə hesabatları haqqında məlumatlar”.

Chosen
8
25
az.trend.az

10Sources