UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyununda ilk hissə başa çatıb.
BEY.AZ xəbər verir ki, ilk hissədə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Rumıniya klubunun heyətində 45+4-cü dəqiqədə David Mikelesku bərabərlik qolunu vurub.
Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyununda üçüncü qol vurulub.
BEY.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.
41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.
Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.
BEY.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesbaı bərabərləşdiriblər – 1:1.
7-ci dəqiqədə Adrian Şut fərqlənib.
Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyununda hesab açılıb.
BEY.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-ci dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.
Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyunu start götürüb.
BEY.AZ xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.