EN

“Latsio” və “Real Sosyedad” fanatları dalaşdılar, 3 nəfər bıçaqlandı

“Latsio” və “Real Sosyedad” azarkeşləri arasında baş vermiş qarşıdurma nəticəsində yaralananlar var, 3 nəfər isə bıçaqlanıb.

Arena.az bu barədə “Football España” dərgisinə istinadən məlumat verir.

Bu gün, yanvarın 23-də baş tutmalı olan Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun oyunu ərəfəsində Romada “Real Sosyedad”ın ifrat tərəfdarları (ultras) və “Latsio”nun eyni azarkeş dəstəsi arasında dava-dalaş düşüb. “Qartallar”ın azarkeşlərinin sayının 80 nəfərdən artıq olduğu vurğulanır.

Bıçaqlanmış şəxslər həyati təhlükə yaradacaq xəsarətlərdən xilas edilsələr də, iki nəfərin daha ağır yaralandığı bildirilir. Xəsarət almış şəxslərin kimliyi açıqlanmır. Polis hadisə gəldikdən sonra “Latsio”nun “lotular”ı qaçıb aradan çıxıblar. Hazırda Roma polisi videogörüntüləri təhqiq edir. Təfərrüat hələ məlum deyil.

Baş vermiş biabırçılığa dair “Latsio” rəsmi bəyanatla çıxış edib:

“Gecə ərzində baş vermiş hadisələrlə bağlı təhqiqatın nəticələrini gözləyən “Latsio” zorakılığın bütün təzahürlərini pisləyərək, hakimiyyətə mütləq əməkdaşlıq təklif edir. Araşdırmanın nəticələrinə əsasən, azarkeşlərinin iştirakı müəyyən edilərsə, klub ən sərt tədbirləri tətbiq etməklə qətiyyətli hərəkət edəcək”, – “qartallar”ın düşərgəsi vurğulayıb.

Xatırladaq ki, “Latsio” – “Real Sosyedad” oyunu bu gün, yanvarın 23-də keçiriləcək. Hakim oyunun Bakı vaxtı ilə saat 00:00-da başladacaq.

Chosen
4
5
arena.az

5Sources