EN

Almaniyanın əhalisi ötən il cəmi 100 min nəfər artıb

Almaniyanın əhalisi keçən il immiqrasiya səviyyəsinin aşağı olması səbəbindən 100 min nəfər artaraq 83,6 milyon nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

“Əhalinin artımı Almaniyanın yenidən birləşməsindən sonrakı bütün illərdə olduğu kimi, 2024-cü ildə də doğum və ölüm nisbəti  doğulanlardan daha çox insan öldüyü üçün mənfi oldu”, - açıqlamada qeyd olunub.

Bundan əlavə, 2024-cü ildə həm doğulanların, həm də ölənlərin sayı təxminən 2,5 faiz azalıb.

2023-cü ildə isə Almaniyanın əhalisi miqrasiyanın əhəmiyyətli dərəcədə artması səbəbindən təxminən 340 min nəfər artmışdı.

Chosen
11
46
qafqazinfo.az

10Sources