Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır.
Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Dünyada münaqişələrin artması və geosiyasi rəqabətin güclənməsi fonunda böyük dövlətlər arasında, o cümlədən nüvə dövlətlərinin iştirakı ilə şiddətli toqquşma riskləri artır”, - o bildirib.