EN

“Bu tarixdən kriptovalyuta bazarında vəziyyət dəyişə bilər”a vəziyyət dəyişə bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Maliyyə dünyası inkişaf etdikcə kriptovalyuta və ənənəvi  valyuta arasında fərqlər daha çox sorğulanmağa başlanılır.

Kontekstdən asılı olaraq fərqli üstünlüklər təklif edən hər iki valyuta haqqında  Banco.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda kriptovalyutalar ənənəvi maliyyə sisteminin alternativi kimi daha geniş populyarlıq qazanıb.

Ekspertin sözlərinə görə, xüsusilə blokçeyn texnologiyasına əsaslanan “Bitcoin” və “Ethereum” kimi rəqəmsal aktivlər, istifadəçilər arasında geniş yayılaraq maliyyə əməliyyatlarında yeni imkanlar yaradıb:

“Bununla belə, kriptovalyutalarla ənənəvi valyutalar arasında bir sıra fundamental fərqlər mövcuddur. Əsas fərqlərdən biri mərkəzləşmə məsələsidir: kriptovalyutalar heç bir mərkəzi idarəetmə orqanına bağlı deyil, blokçeyn texnologiyası üzərində fəaliyyət göstərir, ənənəvi valyutalar isə hökumətlər və mərkəzi banklar tərəfindən idarə olunur. Digər mühüm fərq fiziki mövcudluqdur: kriptovalyutalar tamamilə rəqəmsal şəkildə mövcuddur, ənənəvi valyutalar isə həm rəqəmsal, həm də fiziki formada istifadə edilə bilər. Şəffaflıq və anonimlik məsələsinə gəldikdə isə, kriptovalyutalarda əməliyyatlar blokçeyn üzərində açıq şəkildə görünür, lakin istifadəçilərin şəxsiyyəti anonim qala bilər. Ənənəvi valyutalarda isə əməliyyatlar mərkəzi qurumlar tərəfindən izlənilə bilər və istifadəçilərin şəxsiyyətini müəyyən etmək mümkündür”.

Bəhruz Əliyev bildirib ki, kriptovalyuta bazarının gələcəyi ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.

 Onun sözlərinə görə, kriptovalyutalar qlobal və sürətli əməliyyat imkanları təqdim etsə də, hüquqi çərçivənin bir qədər məhdud olması və spekulyativ risklər ciddi problemlər yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
31
38
banco.az

10Sources