EN

Ceyhun Kərəmov: 2026-cı ilə qədər 28 min tələbə peşə təhsili müəssisələrinə cəlb olunacaq

Cari tədris ilində peşə təhsili sahəsinə 25 minə yaxın tələbə qəbul edilib.

Peşə təhsili inkişafı ölkəmizdə ümumi təhsilin inkişafı ilə sıx bağlıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafla bağlı dövlət strategiyasında insan kapitalının artırılması və rəqabət qabiliyyətinin qorunmasına dair mühüm hədəflər müəyyən etmişdir. Bu strategiyaya nəzər yetirdikdə, peşə təhsilinə verilən əhəmiyyəti aydın şəkildə görə bilərik.

“Operativ Media” xəbər verir ki, bu sözləri “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, son illərdə peşə təhsili ilə bağlı bir sıra mühüm hədəflərə nail olmuşuq: "Cari tədris ilində peşə təhsili sahəsinə 25 minə yaxın tələbə qəbul edilmişdir ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. 2026-cı ilə qədər isə təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu istiqamətdə atılan addımlar ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsinə və işçi qüvvəsinin peşəkarlıq səviyyəsinin artırılmasına mühüm töhfə verəcəkdir”.

 

Chosen
23
50
operativmedia.az

10Sources