Ajans.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba deyib.
“Rusiya-Yaponiya münasibətləri çətin dövrlərdən keçir. Lakin mövcud ərazi məsələsi həll olunandan sonra biz hələ də Moskva ilə sülh müqaviləsi bağlamaq niyyətindəyik”, - deyə siyasətçi qeyd edib.
Rusiya ilə Yaponiya arasında 70 ildən artıqdır ki, sülh müqaviləsi imzalanmayıb. Tokio onun bağlanması üçün İturup, Kunaşir, Şikotan və Habomai adalarının qaytarılmasını şərt adlandırır. Moskva hesab edir ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub və onların üzərində suverenlik şübhə doğurmur.
Keçən il noyabrın 29-da İşiba bildirib ki, hazırkı Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamağa və nəhayət “şimal əraziləri ilə problemi həll etməyə” ümid edir.