EN

Rusiyanın bu aeroportlarında uçuşlar bərpa olunub

Bakı.Trend:

Rusiyanın Samara şəhər hava limanına təyyarələrin enişi vəqalxışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Trend xəbər verirki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsiArtyom Korenyako rəsmi Telegram-kanalında məlumat yayıb.

“08.00-dan etibarən (Bakı vaxtı ilə 09.00) Samara hava limanında(Kurumoç) təyyarələrin qəbulu və göndərilməsinə qoyulmuşməhdudiyyətlər aradan qaldırılıb”,- məlumatda qeyd olunur.

Eyni zamanda Penza və Ulyanovsk aerportlarında tətbiq olunanuçuş qadağaları ləğv edilib.

Korenyakonun bildirdiyinə görə, hava limanlarına tətbiq olunanməhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etməkməqsədi daşıyıb.

Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə Rusiyanın birsıra əraziləri kütləvi şəkildə dron hücumlarına məruz qalıb.

Məqalədə:
Chosen
15
38
az.trend.az

10Sources