EN

Nəzakət Mehdiyeva: "Müəllimlər rəqəmsal, İKT bacarıqlarına sahib olmalıdırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz 20-30 il öncəyə qədər birgə işləməkdən danışırdıqsa, artıq birgə yaşamaqdan danışırıq".
Oxu.Az xəbər verir ki, bu sözləri Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransında panel müzakirəsi zamanı deyib.
O bildirib ki, artıq bütün dünyada mədəniyyətlər bir yerə toplanıb:
"Birgə yaşamaq üçün vacib amil öyrənmək, öyrətmək, işləmək, dövlət iqtisadiyyatını inkişaf etdirmək, dünyanın rifahını yaratmaqdır".
Direktor qeyd edib ki, artıq müəllimlərin mühazirələr oxuyaraq tələbələrə hazır biliklər verməsi önəmli amil deyil:
"Müəllimlər rəqəmsal, İKT bacarıqlarına sahib olmalıdırlar. Artıq təhsilalanlara hazır biliklər lazım deyil, çünki onlar bunu çox rahatlıqla öyrənə bilirlər. Hazırkı fərdlər texnologiya əsrinin nümayəndələridir. Tədris prosesində qruplarla iş, müzakirələrdən istifadə edilir. Bu iş üsullarını yaradanların məqsədi tələbənin tələbə ilə, tələbənin müəllimlə dil tapması, müzakirələrin aparılması, aparılan müzakirələri dinləmək bacarığına yiyələnməsi, dinlədiyi əsasında nəticə çıxarmağı bacarmaqdır"
O vurğulayıb ki, yaranan yeni tendensiya ilə biz ayaqlaşmasaq, 10 il sonra gecikmiş ola bilərik:
"Biz çalışmalıyıq ki, yeni tendensiyanı mənimsəyək. Müəllimlər rəqəmsal, İKT bacarıqlarına yiyələnməlidirlər. Bu gün istənilən müəllim tədris edəcəyi dərslə bağlı məlumatları süni intellektdən günlərlə düşünmədən əldə edə bilir. Həmçinin bu gün tələbələr də süni intellektdən peşəkar şəkildə istifadə edə bilirlər. Biz çalışmalıyıq ki, təhsil verilən məkan gedərək itməsin, yəni süni intellektdən istifadənin genişlənməsi ilə sıradan çıxan iş yerləri sıralarında yer almasın".
Aygün Mirakif
Chosen
7
14
oxu.az

10Sources