Yanvarın 26-da Belarusda prezident seçkiləri keçiriləcək. Səsverməni 40-dan çox ölkədən 400-dən çox insan izləyəcək. Ümumilikdə, 6 milyondan çox belaruslu seçkilərdə iştirak edə biləcək.
Ölkədə erkən səsvermə yanvarın 21-dən 25-dək keçirilir.
Bildirilib ki, 2025-ci ildə seçkilər öncəsi respublikada bütün təhlükəsizlik tədbirləri görülüb .
Belə ki, yanvarın 20-dən polis gücləndirilmiş növbəyə keçirilib. Bütün səviyyələrdə operativ və situasiya qərargahları fəaliyyət göstərir. Seçki məntəqələri isə panik düymələri və videomüşahidə ilə təchiz olunub.