ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə “sövdələşmə” əldə oluna biləcəyi üçün genişmiqyaslı müharibəyə imkan verməkdə ittiham edib.
KONKRET.az xəbər verir ki, Tramp bunu Fox News telekanalına müsahibəsində deyib.
O deyib ki, indi Zelenski müharibəni bitirmək istəyir.
Bununla belə, ABŞ prezidentinin fikrincə, o, bunun baş verməsinə icazə verməməli idi:
“Bilirsiniz, o, mələk deyil. Zelenski Ukraynadan qat-qat böyük qüvvəyə qarşı mübarizə aparır… İki şey oldu: ukraynalılar cəsarətli olduqlarını sübut etdilər, biz də onlara milyardlarla dollar verdik. Birləşmiş Ştatlar Avropadan fərqli olaraq iki yüz milyard dollar çox pul verdi”.
ABŞ prezidenti hesab edir ki, Rusiya ilə razılıq əldə olunsaydı, Ukraynanın işğal baş verməzdi.
“Zelenski daha böyük, daha güclü bir qüvvə ilə döyüşdü. Rusiya ilə asanlıqla müqavilə bağlaya bilərdim. Zelenski isə “mübarizə aparacağam” qərarına gəldi. Rusiyanın 30 minlik tank ordusu var. Zelenskinin praktiki olaraq heç biri tankı yox idi. Sonra biz onlara avadanlıq verməyə başladıq. Avadanlıqdan cəsarətlə istifadə etdilər. Amma sonda bu müharibəni həll etmək lazımdır”, – deyə Donald Tramp bildirib.
O, həmçinin əvvəlki təhdidini təkrarlayıb:”Əgər Rusiya bu müharibəni tezliklə həll etmək üçün addımlar atmasa, ABŞ külli miqdarda tariflər və böyük sanksiyalar tətbiq edəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az