Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinə iimkan verməməli idi, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp yanvarın 23-də Fox News-a müsahibəsində deyib: “Bilirsiniz, o, mələk deyil, bu müharibənin baş verməsinə icazə verməməli idi”.
Tramp qeyd edib ki, Zelenski Rusiya ilə razılığa gəlmək istəyir. ABŞ prezidentinin sözlərinə görə, Ukrayna ordusu “daha böyük, daha güclü ordu”la döyüşür.
“O [Zelenski] bunu etməməli idi, çünki biz razılıq əldə edə bilərdik. Bunun əvəzinə “Zelenski “Mən döyüşmək istəyirəm” qərarını verib” - Tram bildirib.
ABŞ prezidenti Rusiyanın “30 min tankı” olduğunu, “Zelenskinin isə praktiki olaraq heç bir tankının olmadığını” deyib. “Sən belə bir şəritdə döyüşmürsən. Sonra biz [Ukraynanı] texnika ilə təmin etdik. Və onlar bu texnologiyadan istifadə etmək üçün cəsarət tapdılar, lakin sonda bu müharibə bitməlidir", - Tramp bildirib.
Müsahibə zamanı ABŞ prezidenti bir daha bəyan etdi ki, Moskva müharibənin dayandırılması ilə bağlı razılaşma ilə razılaşmasa, Rusiyaya qarşı “böyük sanksiyalar” tətbiq etməyə hazırdır. Tramp qeyd edib ki, o, sanksiyalar tətbiq etmək istəmir: “Mən rusları sevirəm, onlar böyük xalqdır”.