EN

Meksika ABŞ-nin hərbi təyyarəsinə eniş icazəsi vermədi: Deportasiya planları təxirə salındı – ÖZƏL

Meksika cümə axşamı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarənin enişinə icazə verməyib. Bu addım Tramp administrasiyasının miqrantları deportasiya etmək planlarını müvəqqəti olaraq pozub.

Olaylar.az xəbər verir ki, bu haqda NBC News məlumat yayıb. 

Məlumata əsasən, cümə axşamı ABŞ-dən çıxarılan 80 nəfər miqrantı daşıyan iki C-17 hərbi təyyarəsi Qvatemalaya yola düşüb. Lakin Meksikaya göndərilməsi planlaşdırılan üçüncü reys həyata keçirilməyib.

Meksikanın reysi niyə blokladığı məlum deyil, lakin ABŞ və Meksika arasındakı gərginlik Prezident Donald Trampın seçkilərdə qələbəsindən sonra artıb. Tramp Meksikadan ABŞ-ə qeyri-qanuni keçidlərin qarşısını almaq üçün ölkəyə 25 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib, lakin hələlik bu qərar qüvvəyə minməyib.

Ağ Ev rəsmisi məsələni "administrativ problem" adlandıraraq, onun tez bir zamanda həll olunduğunu bildirib. Ağ Evin mətbuat katibi Karolin Livitt isə sosial şəbəkədə yazıb: "Dünən Meksika bir gündə rekord sayda 4 deportasiya reysi qəbul etdi!"

Lakin Livitt reyslərin hərbi, kommersiya və ya xüsusi təyyarələrlə həyata keçirildiyini dəqiqləşdirməyib. Meksika Prezidenti Klaudiya Şeynbaumun hökuməti isə ABŞ-nin birtərəfli qaydada sərt immiqrasiya standartlarını tətbiq etməsinə, o cümlədən miqrantların ABŞ-dən sığınacaq müraciətləri dəyərləndirilənədək Meksikada qalmağa məcbur olduğu "Meksikada qal" siyasətinin bərpasına qarşı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
36
50
olaylar.az

10Sources