ABŞ Prezidenti Donald Tramp liberal televizya kanalı "MSNBC"nin bağlanma təhlükəsi ilə üzləşdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında bildirib.
"Televiziya aparıcısı Reyçel Maddounun reytinqləri çox pisdir. Yaxın vaxtlarda onu efirdən çıxaracaqlar. "MSNBC" sonu yaxınlaşır. Bu yaxşıdır. Onlar xalqın düşmənləridir", – Tramp qeyd edib.
Bundan əvvəl Reyçel Maddou bildirib ki, onun proqramına baxış sayı Trampın seçkilərdəki qələbəsindən sonra əhəmiyyətli dərəcədə azalıb.
Müəllif: Qənirə Süleymanova