EN

Suyun altında səthə qalxmadan ən uzun müddət qalmaq üzrə dünya rekordu yenilənib

Alman mühəndis Rüdiger Kox 120 gün ərzində Panama sahillərində xüsusi kapsulda yaşayaraq, suyun altında səthə qalxmadan ən uzun müddət qalmaq üzrə dünya rekordunu qırıb.

Marja.az xəbər verir ki, bu barədə "France Press" xəbər verir.

Çarpayı, tualet və televizor olan kapsul 11 ​​metr dərinlikdə yerləşirdi. Elektrik enerjisini günəş panelləri istehsal edirdi və mühəndisin ehtiyat generatoru da var idi.

Koxun kapsulu su üstündəki otağa qoşulmuşdu və bu otaq vasitəsilə o, qida ilə təmin edilmişdir.

Əvvəlki rekord 100 gün su altında qalan amerikalı Cozef Dituriyə məxsus idi.

Chosen
15
50
marja.az

10Sources