EN

Rusiya XİN-dən İTTİHAM: Qərb ölkələri kibercinayətkarları ört-basdır edir

Qərb hökumətləri Ukrayna hakimiyyətini və onların işlədiyi kibercinayətkarları ört-basdır edir.

Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin (DİS) direktoru Artur Lyukmanov deyib.

O bildirib ki, hazırda kibercinayətlərə qarşı beynəlxalq hüquqi müdafiə yoxdur. Buna görə də fırıldaqçıların və hakerlərin əməllərindən müxtəlif ölkələrin vətəndaşları əziyyət çəkir.

Diplomat qeyd edib ki, kibercinayətkarlıqla yalnız birlikdə mübarizə aparmaq olar, lakin Qərb dövlətləri buna hazır deyil.

Chosen
16
50
publika.az

10Sources