EN

Ukrayna "Leopard"ı 8 PUA-nın hücumundan salamat çıxdı... - "Forbes"

Kiyevin Danimarkadan aldığı Ukraynanın "Leopard 1A5" tankı Rusiyanın səkkiz pilotsuz təyyarəsinin hücumundan salamat çıxıb və əlavə zirehlərin effektivliyini sübut edib. Yalnız sonradan ruslar daha üç pilotsuz təyyarənin zərbələri ilə onu sıradan çıxara biliblər. 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu haqda "Forbes" yazır.
 
Rusiya qüvvələri müvəffəqiyyətlərini nümayiş etdirmək üçün hücumun videosunu yayımlayıblar, lakin nəticələr heç də lovğalanacaq bir şey deyil.
 
"Leopard 1A5-in itirilməsi Ukrayna üçün ağrılı olsa da, tankn bu qədər zərbədən  salamat çıxması əlavə zirehin etibarlılığına sübutdur.
 
105 mm-lik topla silahlanmış 40 tonluq "Leopard 1A5" manevr qabiliyyəti və dəqiqliyi ilə məşhurdur. Bununla belə, onun zəif tərəfi həmişə zirehləri olub: baza qoruyucu qalınlığı cəmi 70 mm-dir ki, bu da daha müasir "Leopard 2A4"-dən xeyli aşağıdır.
 
Vəd edilmiş "155 Leopard 1A5" tankından birincisi 2023-cü ilin sonunda Ukraynaya gəlməyə başlayanda ukraynalı mühəndislər zireh müdafiəsini təkmilləşdirməyə başladılar. Onlar zərbə zamanı partlayan dinamik zireh qatlarını əlavə edərək daxil olan mərmilərin effektivliyini azaldıb və "FPV" dronlarını zərərsizləşdirməyə kömək edən anti-tor ekranlar quraşdırıblar.
 
Bu təkmilləşdirmələr öz effektivliyini sübut etdi: "Leopard 1A5 "11-ə qədər dron hücumuna tab gətirdi. Çoxsaylı zərbələrdən sonra tank yeni zərbələr onu tam hərəkətsiz hala gətirənə qədər hərəkət etməyə davam etdi. Tank, çox güman ki, artıq təmir edilə bilməz.
 
"Leopard"-ın ekipajının taleyi ilə bağlı məlumat yoxdur, lakin onların sağ qalacağına ümid etmək üçün əsas var. Qüllədə döyüş sursatı partlaması riskini azaltmaq üçün ekipajlar 42 mərmidən çoxunu tankın gövdəsində saxlayırlar.
 
Bu yanaşma doldurmaq üçün daha çox vaxt tələb edir, lakin ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. İstifadəçilərdən biri qeyd edib ki, nazik zirehlərə baxmayaraq, "Leopard 1A5"-də xidmət edərkən özünü "möhtəşəm" hiss edir.
 
Bu tankın məhv edilməsi "Leopard 1A5"-in döyüş meydanında itməsi ilə bağlı səkkizinci təsdiqlənmiş hadisə olub. Ukrayna ordusunda 90-a yaxın belə tank qalıb, yaxın gələcəkdə daha 50-60 tankın olması gözlənilir. Yeni "Leopard 1A5"-lər çox güman ki, effektivliyi sübuta yetirilən əlavə zireh müdafiəsi ilə təchiz olunacaq.
 
S.Laçın
Chosen
8
50
moderator.az

10Sources