EN

Himayədarının imtina etdiyi Premyer Liqa klubundan SON XƏBƏR!

AFFA «Səbail»ə yeni himayəçi tapmaq məqsədilə fəaliyyətə başlayıb.

Saytımıza bu barədə mötəbər mənbələrdən məlumat daxil olub.

Redaksiyamıza bildirilib ki, federasiya birbaşa dövlətə bağlı bir neçə şirkətlə danışıqlara start verilib. Həmçinin iki holdinqə müraciət olunub.

Xəbərə görə, görüşmələr intensiv hal alıb. Çünki Premyer Liqada ağır günlər yaşayan «Səbail» əsas himayədarından gələn xəbərlə şok olub.

«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) 2016-cı ilin yayından etibarən himayə etdiyi kluba maliyyə dəstəyini dayandırıb.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin adından «dənizçilər»ə bununla bağlı xəbərdarlıq olunub.

Bildirilib ki, ASCO tərəfindən mövsümün əvvəlində Bayıl təmsilçisinə ayrılan 1,5 milyon manat mayın sonunadək tam şəkildə ödəniləcək, iyundan etibarən isə burada çalışan hər kəs öz başının çarəsini qılmalıdır.

Çünki həmin tarixdən etibarən, «Səbail»ə 1 manat da vəsait verilməyəcək, başqa sözlə, klub AFFA-nın və onun tapacağı yeni sponsorun ümidinə qalacaq.

SPORTİNFO.AZ

Chosen
18
50
sportinfo.az

10Sources