Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
18 oyundan 25 xalı olan “Nürnberq” 11-ci, 21 xala malik “Şalke 04” isə 13-cü yerdədir.
Qeyd edək ki, M.Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci sarısı olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke 04” ilə oyunu buraxacaq.
Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. O, son dəfə bundesliqada ötən ilin noyabrın 3-də “Hamburq”la matçda qol vurub. Ondan sonra liqadakı 7 görüşdə Mahir rəqib qapısına yol tapa bilməyib.