Tovana Looney adlı qadına Nyu-Yorkda donuz böyrəyi köçürülüb və o, bundan sonra artıq 61 gündür ki yaşayır.
Looneyin transplantasiya əməliyyatını keçirən həkim Robert Montqomeri deyib ki, "əgər siz Tovananı küçədə görsəniz, onun dünyada donuz orqanı ilə gəzən yeganə insan olduğunu təxmin edə bilməzsiniz".
AzNews.az xəbər verir ki, Montqomeri qaradərili qadının böyrək funksiyasının "tamamilə normal" olduğunu və təxminən bir ay sonra Nyu Yorkdan evinə- Alabama ştatına qayıda biləcəyini bildirib.
Həkimlər "bu transplantasiya əməliyyatının yaxşı nəticə verəcəyinə inanırlar.
Donuz orqanının transplantasiyasına ABŞ Qida və Dərman İdarəsi yalnız başqa variantları olmayan insanlar üçün xüsusi hallarda icazə verib .