EN

Millimizin keçmiş üzvü özünə klub TAPDI

Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda oynayacaq.

Bizim.Media xəbər verir ki, U-21 yığmamızın sabiq və “Dnepr”in sabiq üzvü Dmitri Nağıyev Qırğızıstana yollanıb.

O, bu ölkənin iddialılarından olan “Muras Yunayted”lə müqavilə imzalayıb.

Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.

Qeyd edək ki, iki gün öncə "Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay" klubuna keçmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
16
36
bizim.media

10Sources