EN

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı

 

Belarusda keçirilən prezident seçkilərində erkən səsvermənin nəticələrinə görə seçici fəallığı 41,81 faiz təşkil edib.

OXU24.COM  xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.

“Beş gün ərzində (yanvarın 21-dən 25-i daxil olmaqla) səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 41,81 faizi səs verib”, - məlumatda deyilir.

Yanvarın 26-da Belarusda prezident seçkiləri keçiriləcək. Saat 8:00-dan 20:00-dək fəaliyyət göstərəcək seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub.

Yanvarın 25-də Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko bildirib ki, Avropa Parlamentinin Belarusdakı seçkilərlə bağlı qətnaməsi respublikada vəziyyəti sarsıtmağa və sabitliyi pozmağa yönəlib. O, həmçinin sənədi ölkənin seçki suverenliyinə birbaşa müdaxilə adlandırıb.

Bundan əvvəl Avropa Parlamenti Belarusda keçiriləcək seçkilərin nəticələrini tanınmamağa çağıran qətnamə qəbul edib. Sənədi 567 deputat dəstəkləyib, 25-i əleyhinə çıxıb, daha 66 deputat bitərəf qalıb.

Chosen
3
45
oxu24.com

10Sources