Bakı. Trend:
Almaniya kansleri Olaf Şoltz Xristian Demokrat İttifaqının (CDU)lideri Fridrix Merzin immiqrasiya qanunlarını sərtləşdirməyə dairtəkliflərini tənqid edib və onların ölkə konstitusiyasını pozduğunubildirib.
Trend xəbər verirki, Şoltz bu barədə Saarbrüken şəhərində keçirilən seçkiqabağıtədbirdə çıxış edib.
“Müxalifət lideri kanslerdən ölkənin konstitusiyasına və Avropamüqavilələrinə uyğun gəlməyən qərarlar qəbul etməyi tələb edəndə,bu, onun yüksək vəzifə tutmaq bacarığını ciddi sual altına alır,” -deyə kansler vurğulayıb.
Fridrix Merz daha əvvəl, kansler seçiləcəyi təqdirdə, ilk gündənAlmaniyanın bütün qonşu ölkələrlə sərhədlərində uzunmüddətlinəzarət yaradılacağını və qeyri-qanuni miqrantlara “de-fakto girişqadağası” tətbiq edəcəyini bəyan etmişdi.
Şoltz isə Almaniya Konstitusiyasının hər kəs üçün sığınacaqhüququnu təsbit etdiyini xatırladaraq, belə bir əmr verildiyi haldahüquq-mühafizə orqanlarının bu qanunsuz təlimata necə reaksiyagöstərəcəyi barədə sual verib.