Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda oynayacaq.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, U-21 yığmamızın sabiq və “Dnepr”in sabiq müdafiəçisi Dmitri Nağıyev Qırğızıstana yollanıb.
O, bu ölkənin iddialılarından olan “Muras Yunayted”lə müqavilə imzalayıb.
Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.
"Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay"a keçib.