EN

Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib

ABŞ yeni münaqişələr yaratmaq deyil, onların qarşısını almağa çalışacaq.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu ölkənin yeni müdafiə naziri Pit Heqset andiçmə mərasimindən sonra bildirib.

“Biz müharibələrdə iştirak etmək istəmirik. Biz onları dayandırmaq və artıq davam edənləri bitirmək istəyirik”, – nazir deyib.

Onun sözlərinə görə, əgər Pentaqon müharibə aparmalı olsa, “biz böyük resurslar cəlb edəcəyik və düşməni məhv etmək üçün qətiyyətlə hərəkət edəcəyik”.

Heqset həmçinin Amerika hərbçilərini dəstəkləyəcəyinə, Prezident Donald Trampın “güc vasitəsilə sülh” konsepsiyasını təşviq edəcəyinə, “Amerikanı birinci yerə qoyacağına və ordu islahatları aparacağına” söz verib.

Chosen
12
7
report.az

10Sources