“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının autsayder “İpsviç Taun”la 23-cü tur ev oyununu (4:1) şərh edib.
Arena.az “Yahoo!” portalına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Layiqli, üstün səmərə, 4 qol – bu, həmişə gözəldir. Demək olar ki, rəqibə fürsət yaratmaq üçün imkan vermədik və demək olar ki, əks-hücumlara da şərait yaratmadıq, bu, aşağı səddə qarşı, sürətli hücumçulara və cinah oyunçularına qarşı oynayanda heç də asan deyil.
Təəssüflər olsun ki, oyunun sonlarında standart vəziyyət nəticəsində qol buraxdıq. Əgər bu olmasaydı, bu oyunu mükəmməl hesab etmək olardı. İndi biz, buraxdığımız qoldan azacıq narazıyıq”, deyə Arne Slot vurğulayıb.
22 oyunda 53 xal toplamış “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvələ başçılıq edir.
Autsayder “İpsviç Taun” isə 23 oyundan 16 xalla 18-ci pillədə qərarlaşıb.